Rusiya Dövlət Dumasının 35 deputatı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Bu rəqəmin yüksək olduğunu vurğulayan V. Volodin deputatları bir-birilərinə qarşı diqqətli olmağa çağırıb.
Dumanın spikeri hazırda xəstəxanalarda koronavirusdan müalicə alan deputatların da olduğunu qeyd edib.