Rusiyada son sutka ərzində daha 4069 nəfər koronavirusa yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 32 007 nəfərə çatıb.
Son sutka ərzində 41 nəfərin öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 273-ə çatıb. Sağalanların sayı 2590 nəfərdir.