Rusiya 33 ölkəyə koronavirus sınaq sistemləri təqdim edib
29 iyul 2020 06:26 (UTC +04:00)

Rusiya 33 ölkəyə koronavirus sınaq sistemləri təqdim edib

 

Rusiya 33 ölkəyə 800 mindən çox koronavirus sınaq sistemini pulsuz təqdim edib. 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova “COVID-19 pandemiyası və HİV-in Davamlı İnkişafa Təsiri” adlı virtual simpoziumda çıxışı zamanı bildirib. 

O qeyd edib ki, Rusiyanın xarici tərəfdaşlarına yüksək effektiv test sistemlərini onalara kömək məqsədilə verilib.

Anna Popovanın sözlərinə görə, bundan əvvəl Rusiya daha 32 ölkəyə analoji sınaq  sistemi verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786
avatar

Oxşar yazılar