İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 200 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 931 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 637 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 245 688 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 207 000 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 270 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.