COMEX-də qızılın fyuçers qiyməti 1,3% artaraq bir unsiya üzrə 1 785 dollara yüksələrək 2013-ci ildən bəri ən yüksək qiymət həddinə çatıb.
"APA-Economics"in məlumatına görə, hazırda unsiyasına görə 1 766,9 dollara ticarət olunan qızıl fyuçerslərinin dəyərinin artması COVID-19 virusunun pandemiyasının qlobal iqtisadiyyata dağıdıcı təsir göstərməsi və qlobal şirkətlərin gəlirlərinin azalması fonunda baş verir.
Bundan əlavə, koronavirusa görə tənəzzülə uğrayan ölkələrin mərkəzi banklarının böyük həcmdə stimullaşdırıcı paketlər buraxması da qızıldakı qiymət dəyişikliyinə səbəb olub.