Qazaxıstanda koronavirusdan ölənlərin sayı 19-a çatıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə vəziyyətin təmin edilməsi üzrə Dövlət komissiyasının nəzdində fəaliyyət göstərən Əməliyyat Qərargahının məlumatında bildirilib.
Qeyd edilib ki, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 1711 nəfərdir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişilə martın 16-dan etibarən ölkədə tətbiq edilən karantin rejiminin müddəti aprelin sonunadək uzadılıb.