“Sanksiyaların güclənməsinə və haqsız rəqabətə baxmayaraq, Rusiyanın qlobal silah bazarındakı mövqeyi güclənir”.
APA-nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Komissiyasının iclasında Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, bu il ərzində Rusiya sifarişçilərə 13 milyard dollar həcmində silah və hərbi texnika göndərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard dollardan çoxdur.
V. Putin Rusiya silahlarına sifarişin sabit səviyyədə olduğunu və sifarişin 50 milyard dolları ötdüyünü də diqqətə çatdırıb.