Putin Qələbə Paradını təxirə saldı
16 aprel 2020 19:17 (UTC +04:00)

Putin Qələbə Paradını təxirə saldı

0


İkinci dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı təxirə salınıb.

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə bağlı Putin Qələbə paradının qeyri-müəyyən vaxtadək təxirə salındığını söyləyib.

O, "Qələbə paradı"nın və "Ölməz Alay" aksiyasının 2020-ci il ərzində keçiriləcəyini qeyd edib.

Paradın bu il mayın 9-da keçirilməsi nəzərdə tutulurdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2731

Oxşar yazılar