Populyar antiviruslarda kritik boşluq aşkar edildi
28 aprel 2020 19:56 (UTC +04:00)

Populyar antiviruslarda kritik boşluq aşkar edildi

Bildiyimiz kimi, antiviruslar istifadəçiləri virus və hakerlərdən müdafiə etməlidir. Ancaq "Rack911 Labs" tədqiqat qrupu iddia edir ki, hətta ən populyar antivirusların istifadəsi daha böyük təhlükə yarada bilər.

Lent.az-ın "ictnews"a istinadən verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, antiviruslarda hakerlərə kompüterlərin normal işləməsinə mane olmağa imkan verən kritik boşluqlar mövcuddur.
 
Mütəxəssislər "Windows", "macOS" və "Linux" əməliyyat sistemləri üçün 28 populyar antivirusun təhlükəsizlik sistemində boşluq aşkar ediblər. Həmin antiviruslar arasında "Windows Defender", "Avast", "BitDefender", "AVG", "Kaspersky", "Norton", "McAfee" və sairə var. "Symlink" adlandırılmış boşluq cinayətkarlara qurbanın kompüterindəki vacib  faylları silmək imkanı verir ki, bu da əməliyyat sisteminin normal işləməsinə mane ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193
avatar

Oxşar yazılar