Nyu-Yorkda koronavirus səbəbindən xəstəxanaya müraciətlərin sayı azalıb
19 aprel 2020 06:59 (UTC +04:00)

Nyu-Yorkda koronavirus səbəbindən xəstəxanaya müraciətlərin sayı azalıb

 

ABŞ-ın Nyu-York ştatının xəstəxanalarında yeni növ koronavirusdan müalicə olunanların sayı tədricən azalmaqdadır.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ştatın qubernatoru Endryu Kuomo bildirib.

“Xəstəxanaya yerləşdirilənlər barədə məlumatlar azalır – bu, yaxşı xəbərdir”, - Kuomo belə deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvələ qədər 18 minə yaxın insan xəstəxanalarda müalicə alırdı: “İndi isə bu rəqəm təxminən 16 minə bərabərdir”.

Bununla yanaşı, o, COVID-19-a yoluxma nəticəsində ölənlərin gündəlik sayının da azalmaqda davam etdiyini vurğulayıb. Kuomonun sözlərinə görə, cümə günü 540 nəfər, cümə axşamı 630 nəfər, çərşənbə günü 606, çərşənbə axşamı günü 752 nəfər infeksiya səbəbindən ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1270
avatar

Oxşar yazılar