Moskvada son 24 saat ərzində koronavirusdan 44 nəfər ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Moskvada COVID-19-dan ölənlərin ümumi sayı 479 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada ümumilkdə 87 minə yaxın yeni virusa yoluxma halı qeydə alınıb. Onlardan 7 mini sağalıb, 800-ə yaxın xəstə isə ölüb.