Moskvada koronavirusla bağlı vəziyyət pisləşdi - AÇIQLAMA
07 oktyabr 2020 11:42 (UTC +04:00)

Moskvada koronavirusla bağlı vəziyyət pisləşdi - AÇIQLAMA

“Rusiya paytaxtında koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət yaxşılığa doğru getmir”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Moskva meri Sergey Sobyanin bildirib.

“Koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət dəyişir. Təəssüflər olsun ki, vəziyyət yaxşılığa doğru getmir. Biz yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın evdə qalmasını xahiş etməyə məcbur qaldıq. Onlar üçün ictimai nəqliyyatda pulsuz gediş haqqı dayandırılıb. Sosial yardım sisteminin işi bərpa olunub. Moskva məktəbləri iki həftəlik tətilə çıxıb. Müəssisə və təşkilatlar işçilərinin ən azı 30 faizini məsafədən işləməyə göndərməlidirlər”, - deyə Moskva meri vurğulayıb.

Qeyd edək ki, ötən həftədən başlayaraq Rusiyada COVID-19-a yoluxma sayında kəskin artım müşahidə olunmağa başlayıb. Koronavirusa gündəlik yoluxma halı 11 mini ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787
avatar

Oxşar yazılar