Moldovada daha bir nəfər koronavirusdan vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb.
Qeyd edək ki, bundan əvvəl Moldovada 1712 nəfərin koronavirusa yoluxduğu, 35 nəfərin isə vəfat etdiyi bildirilib.