Lukaşenko koronavirusla bağlı Rusiya testlərinin keyfiyyətsiz olduğunu deyib
18 aprel 2020 09:38 (UTC +04:00)

Lukaşenko koronavirusla bağlı Rusiya testlərinin keyfiyyətsiz olduğunu deyib

Belarus Prezidenti Aleksandr Lukashenko koronavirusu aşkar etmək üçün istifadə etdikləri Rusiya test sistemlərinin tez-tez səhv nəticələr verdiyini deyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, prezident bu barədə ölkənin Qrodno bölgəsinə işgüzar səfəri zamanı bildirib:

“Çox sınayırıq... Ancaq açıq şəkildə deməliyəm ki, testlər çox keyfiyyətsizdir. Bu testlərdən bundan sonra istifadə etməyəcəyik. Onların yalnız 60% -ə qədər düzgün nəticə verdiyi bildirilsə də, mən deyərdim ki, bu, 30% qədərdir. Biz bunu tez-tez aşkar etdik”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210
avatar

Oxşar yazılar