Koronavirusdan ölənlərin sayına görə İtaliya "lider"dir
09 mart 2020 07:10 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayına görə İtaliya "lider"dir

0

İtaliya koronavirusdan ölüm hallarına faiz nisbətinə görə  dünyada birinci yerdədir, hər 20 yoluxmuş insandan biri dünyasını dəyişir. 

APA xəbər verir ki, bu göstərici RİA Novosti-nin hazırladığı statistik xülasədə əks olunub.   

Məlumata görə, bazar günü İtaliyada ölənlərin sayı kəskin şəkildə artaraq 366 nəfər olub. Bu da virusa yoluxmuş 7.3 min nəfərin 4.96%-ni təşkil edir.

Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.

ABŞ-da isə bu günə qədər yalnız 472 yoluxma təsdiqlənib. Onlardan 19 nəfər ölüb (4.03%).

Koronavirusu zəif yayıldığı ölkələr arasında ən aşağı ölüm nisbəti Cənubi Koreyada müşahidə olunub. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1578

Oxşar yazılar