Koronavirus fevralda sürətlə yayılacaq və...
06 fevral 2020 09:56 (UTC +04:00)

Koronavirus fevralda sürətlə yayılacaq və...

0

Fevral ayı koronavirus epidemiyası yayılma sürətinə görə ən yüksək səviyyədə olacaq, ay başa çatandan sonra tədricən temp azalmağa doğru gedəcək. Lent.az xəbər verir ki, bu barədə rambler.ru-ya açıqlamasında rusiyalı virus mütəxəssisi Yevgeni Timakov deyib.

Onun sözlərinə görə, virusun yaşama müddəti səkkiz aydan o yana keçməyəcək: “Hətta ehtimal olunur ki, bu müddətdə  yaradılmış vaksinə ehtiyac qalmayacaq. Virusun yayılması dayanacaq və vaksin öz aktuallığını itirəcək”.

Timakovun fikrincə hadisələrin gedişatı ona bu qənaətə gəlməyə əsas verir: “Təcrübə göstəriri ki, belə viruslar, onların əlehinə vaksin yaranıncaya qədər alovlanır və öz-özünə sönür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3212

Oxşar yazılar