İtaliya sərhədlərini turistlərə açdı
03 iyun 2020 17:28 (UTC +04:00)

İtaliya sərhədlərini turistlərə açdı

Bu gündən etibarən Avropa İttifaqına (Aİ) üzv 26 ölkədən, həmçinin İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələn turistlərin İtaliyaya girişi ilə bağlı qadağalar ləğv olunur.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, ölkəyə gələnlərin əksəriyyətindən 14 günlük karantinə getmək tələb olunmayacaq. 

İtaliyanın üç böyük şəhəri - Milan, Roma və Neapola beynəlxalq uçuşlar bərpa olunur. 

Ölkənin regionları arasında səyahət məhdudiyyətləri ləğv edilib.

Qadağaların aradan qaldırılmasını elan edən İtaliyanın Baş Naziri Cuzeppe Konte televiziyada çıxışı zamanı koronavirusa yoluxmanın yenidən yüksələ biləcəyi riskinin olduğunu deyib: “Ancaq biz bunu qəbul etməliyik, əks təqdirdə yenidən işə başlaya bilməyəcəyik”.

Qeyd edək ki, İtaliya Avropada yeni növ koronavirusdan (COVID-19) ən çox təsirlənən ölkələrdən biridir. İnfeksiya İtaliyada 33 mindən çox insanın həyatına son qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2620
avatar

Oxşar yazılar