İsveçdə koronavirusdan ölənlərin sayı 591-ə çatıb.
APA-nın İsveç mətbuatına istinadən verdiyi xəbərə görə, son sutka ərzində ölkədə virusa yoluxmuş 114 nəfər vəfat edib.
İsveçin İctimai Səhiyyə Nazirliyi bildirib ki, bu günədək ölkədə koronavirusa yoluxanların sayı 7693 nəfərdir.
Qeyd edək ki, 10 milyon əhalisi olan İsveç COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün daha yumşaq siyasət yürüdür. Digər Avropa ölkələrindən fərqli olaraq burada həyat normal axarında davam edir və qadağalar tətbiq olunmayıb. Buna görə də tibbi ekspertlər İsveç hökumətini tənqid edir.