Çərşənbə axşamı İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb. Yoluxanlardan 65 nəfər ölüb, 770 nəfər isə sağalıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı çərşənbə axşamı 149-a çatıb. 117 xəstə süni tənəffüs cihazlarına qoşulub.
Artıq İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.