İspaniyanın hüquq-mühafizə orqanları narkotik ticarəti ilə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı 4 ton kokain ələ keçirib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın milli polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, narkotik maddələr İspaniyanın Qalisiya Muxtar Birliyi sahillərində Toqo bayrağı altında üzən gəmidə aşkar edilib.
Əməliyyat nəticəsində 15 ekipaj üzvü də daxil olmaqla 28 nəfər saxlanılıb.