İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 81 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7878 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2979 yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı isə 154 445 nəfər təşkil edir.
Xəstəlikdən indiyədək 121 008 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2578 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.