İranda daha 406 nəfər koronavirusdan öldü
27 noyabr 2020 14:38 (UTC +04:00)

İranda daha 406 nəfər koronavirusdan öldü

0

İranda ötən sutka ərzində 406 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı  47095 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 14051 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 922397 nəfərə yüksəlib.  

İranda indiyədək 640065 nəfər koronavirusdan sağalıb.Virus daşyıcılarından 5860nəfərin vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1443

Oxşar yazılar