İkiekranlı “Microsoft” smartfonu: xüsusiyyətləri açıqlandı
19 may 2020 19:24 (UTC +04:00)

İkiekranlı “Microsoft” smartfonu: xüsusiyyətləri açıqlandı

“Windows Central” nəşri təqdimatı ilin sonuna planlaşdırılan “Android” əməliyyat sistemli ikiekranlı “Surface Duo” smartfonunun texniki xüsusiyyətlərini açıqlayıb.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, smartfonun əsas fərqləndirici cəhəti 8,6 düym diaqonallı ümumi ekran kimi açılan iki 5,6 düymlük displey (1350x1800) olacaq.

Qurğunun daxilinə ötənilki “Qualcomm Snapdragon 855” prosessoru quraşdırılacaq.

Smartfonun 6 giqabaytlıq operativ yaddaş, 64 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi gözlənilir. Bundan başqa, hər iki ekran “Surface Pen” stilusu ilə işi dəstəkləyəcək.

Batareya tutumu 3460 milliamper/saat təşkil edəcək. “Surface Duo” smartfonu həm əsas, həm də ön kamera rolunda çıxış edən bir 11 meqapikselli kamera ilə təchiz olunacaq.

Qurğu kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi, simsiz enerjidoldurma funksiyası, eləcə də “5G” şəbəkələrinə qoşulma dəstəyindən məhrum olacaq.

“Surface Duo” smartfonunun konsepti ötən ilin oktyabrında təqdim edilib. Yeni qurğunun 2020-ci ilin payızında təqdimatı gözlənilir.

Qeyd edək ki, ikiekranlı bükülən modellər üzərində “Microsoft” ilə yanaşı, “Dell”, “HP”, “Lenovo” və “Asus” kimi tərəfdaşlar da çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3208
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42