Hop Hiks yenidən Tramp Administrasiyasına qayıdır
13 fevral 2020 21:50 (UTC +04:00)

Hop Hiks yenidən Tramp Administrasiyasına qayıdır


 

Ağ Evin keçmiş Rabitə direktoru Houp Hiks yenidən ABŞ Administrasiyasında çalışacaq. 

APA Bloomberg-ə istinadən xəbər verir ki, Hiks Trampın müşaviri kimi fəaliyyətə başlayacaq. 

O, ABŞ prezidentinin seçki kampaniyası ilə bağlı məsələlərə cavabdeh olacaq. Hiks işini prezidentin kürəkəni Jared Kuşnerlə  qarşılıqlı əlaqədə quracaq.

Qeyd edək ki, Hiks ABŞ-da keçirilmiş 2016-cı il Prezident seçkilərinə qədər Trampın əhatəsində idi. Ağ Evdə o, ABŞ lideri üçün reportajlar da daxil olmaqla media və ictimaiyyətlə əlaqələrə nəzarət edirdi. 

Hicks 2018-ci ilin mart ayında Ağ Evin Rabitə direktoru vəzifəsindən istefa verib. 2018-ci ilin fevral ayında o, Nümayəndələr Palatasının Xüsusi komitəsinin üzvlərinin Rusiyaya aid ABŞ-ın 2016-cı il seçkilərinə müdaxiləsinin araşdırılması ilə bağlı suallarına 9 saatdan çox cavab vermişdi. Məhz onun istefasını komitədə Trampın maraqlarına uyğun olmayan ifadələr verməsi ilə də izah edirlər. 

Xatırladaq ki, Hiks Ağ Evdən ayrılandan sonra “Fox News”da çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1919

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38