Hindistanda sərt karantin rejiminə etiraz edən kütlə polislərə hücum etdi
18 aprel 2020 10:42 (UTC +04:00)

Hindistanda sərt karantin rejiminə etiraz edən kütlə polislərə hücum etdi

Hindistanın Rajastan Tonk şəhərində sərt karantin rejiminə etraz edən kütlə polislərə hücum edərək onlara xəsarət yetiriblər. 

APA Sputnik-ə istinadən xəbər verir ki, hadisə şəhərin “Kasaai mohalla” adlanan ərazisində olub. 

Hücum edənlərdən saxlanılanların olduğu bildirilir. Onlar polis idarəsinə gətirilərək istintaqa cəlb ediliblər.

Xatırladaq ki, oxşar hadisə aprelin 15-də Uttar Pradeş əyalətinin Moradabad şəhərində baş verib. Bu zaman hədəf xəstənin çağırışana gələn həkimlər briqadası olub. Yerli sakinlər həkimlərlə yanaşı polisləri də daşlamağa başlayıb.

Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 13 mindən çox koronavirusa yoluxan var. Ölüm sayı isə 400-dən çoxdur. 

Karantin rejiminin müddəti mayın 3-dək uzadılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar