Gürcüstanın 3.9 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 17:18-də baş verən zəlzələnin episentri Acarıstan Muxtar Respublikasının Keda rayonundan 6 km məsafədə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.