Gürcüstanda fövqəladə vəziyyətin vaxtı uzadıla bilər.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria məlumat verib. O bildirib ki, qərar ölkədəki epidemioloji şəratidən asılı olacaq: "Hər şey mümkündür, qərar epidemioloji vəziyyətin dinamikasından asılı olacaq. Vəziyyət ağırlaşa və ya əksi istiqamətində inkişaf edə bilər”.
Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət aprelin 21-dək elan edilib.