Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadıldı
14 aprel 2020 17:37 (UTC +04:00)

Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadıldı


Koronavirusun yayılması riski ilə əlaqədar Gürcüstanın Tbilisi, Rustavi, Batumi və Kutaisi kimi böyük şəhərlərində hər növ nəqliyyat vasitəsinin hərəkəti 10 gün müddətinə qadağan edilib. 

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstan höküməti tərəfindən qəbul edilib. Məhdudiyyətin 15 aprel saat 21:00-dan etibarən tətbiq ediləcəyi  bildirilib.

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib ki, ölkədə koronavirus riskinə görə elan edilmiş fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılır: "Biz fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması üçün Prezidenti ölkə parlamentinə müraciət etməyə çağırırıq”, - deyə Baş Nazir açıqlamasında bildirib.

Qeyd edək ki, qonşu ölkədə martın 21-də elan edilən fövqəladə vəziyyət aprelin 30-da başa çatmalı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar