Fransada kilsədə ibadət zamanı 19 nəfər dəm qazından zəhərləndi
26 dekabr 2019 06:45 (UTC +04:00)

Fransada kilsədə ibadət zamanı 19 nəfər dəm qazından zəhərləndi

 

Fransanın Oiz bölgəsinin Karlepont şəhərindəki kilsədə dəm qazından kütləvi zəhərlənmə olub.

APA yerli “Le Parisien” qəzetinə istinadən xəbər verir ki,  kilsədə ibadət zamanı qaz sızması nəticəsində zəhərlənən 19 nəfər xəstəxanaya yerləşdirilib.

Karlepont şəhərinin meri Patris Argier kilsənin dərhal bağlanmasına göstəriş verib. O, hadisənin başvermə səbəbi kimi qaz xətində, habelə qazanxana sistemində nasazlığın olduğunu ehtimal edib: “İstilik sistemində nasazlığın yarandığını düşünürəm. Qazanxana sistemi artıq köhnəlib, ancaq bir ay əvvəl təmir edilmişdi. Sistem yenidən yoxlanılacaq". 

Təxminən 200 nəfər binadan təxliyə olunub. Doqquz nəfər, o cümlədən səkkiz yaşlı uşaq müayinə üçün xəstəxanaya göndərilib. Xəsarət alanların heç birinin həyati təhlükəsi olmadığı bildirilir.

Qeyd edək ki, bir çox xristian ölkələrində insanlar dekabrın 24-ü gecə yarısı Milad bayramını qeyd etmək üçün kilsələrdə kütləvi ibadətlər edirlər.

# 788
avatar

Oxşar yazılar

TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31
Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ  -VİDEO

Xəbər agentliyinin prodüseri BELƏ HƏBS EDİLDİ -VİDEO

27 aprel 2024 , 21:56
Keniyada 76 nəfər  həlak oldu

Keniyada 76 nəfər həlak oldu

27 aprel 2024 , 20:49