Escobarın qardaşı Apple şirkətini məhkəməyə verdi - SƏBƏB - VİDEO
28 may 2020 18:30 (UTC +04:00)

Escobarın qardaşı Apple şirkətini məhkəməyə verdi - SƏBƏB - VİDEO

Narkobaron Pablo Escobar-ın qardaşı Roberto Escobar keçən il çox səs-küy yaratmışdı. Belə ki, o, keçən il özünün Escobar Fold 1 adlı qatlana bilən smartfon modelini satışa çıxartmışdı.

Lent.az "technot"a istinadən xəbər verir ki, sonradan məlum olub ki, bu, adi Galaxy Fold smartfonudur. Sadəcə olaraq onun üzərinə stikerlər yapışdırılıb. İndi isə Roberto Escobar, Apple şirkətinin məhsullarının lazımi səviyyədə təhlükəsizliyə sahib olmadıqlarını qeyd edərək şirkəti məhkəmyə verib və eksklüziv iPhone 11 Pro modelini satışa çıxardıb. Bu barədə 4pda saytı xəbər verib.

Roberto Escobar, Apple şirkətini məhkəməyə verərək ondan 2.6 milyard dollar təzminat tələb edir. Roberto-nun sözlərinə əsasən onun 2018-ci ildə əldə etdiyi iPhone X smartfon modeli onun həyatını təhlükə altına atıb. Belə ki, smartfonu alan zaman Apple əməkdaşı qeyd etmişdi ki, bu, dünyanın ən təhlükəsiz smartfon modelidir. Lakin yarım ildən sonra o, Diego adlı şəxsdən təhdid xarakterli məktub əldə edib. Öz məktubunda həmin şəxs qeyd edib ki, o, Roberto-nun ünvanını FaceTime tətbiqi vasitəsilə aşkar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4320

Oxşar yazılar

Danimarkanın Baş naziri qeyri-adi hədiyyə  aldı-FOTO

Danimarkanın Baş naziri qeyri-adi hədiyyə aldı-FOTO

21 iyun 2025 , 03:28
Dünyanın ən yaxşı restoranları  açıqlandı

Dünyanın ən yaxşı restoranları açıqlandı

21 iyun 2025 , 02:33
İranda güclü zəlzələ  baş verdi

İranda güclü zəlzələ baş verdi

20 iyun 2025 , 23:13
Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər

Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər

20 iyun 2025 , 20:42
Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi

Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi

20 iyun 2025 , 20:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu  üzə çıxdı - ŞOK

Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK

20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi  öldü

İranda daha bir nüvə alimi öldü

20 iyun 2025 , 15:23