Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, “Mənim addımım” fraksiyasının üzvü Andranik Koçaryan bildirib.
A. Koçaryan deyib ki, komissiyanın bugünkü iclasında Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan da iştirak etməli idi. Lakin nazir müavini virusa yoluxduğundan iclasa qatıla bilməyib.