Dünyanın ən böyük iki dərman şirkəti COVID-19-a qarşı vaksin hazırlayır
14 aprel 2020 16:36 (UTC +04:00)

Dünyanın ən böyük iki dərman şirkəti COVID-19-a qarşı vaksin hazırlayır


Dünyanın ən böyük dərman şirkəti və peyvənd istehsalçılarından ikisi - Sanofi Pasteur və GlaxoSmithKline (GSK)- COVID-19-a qarşı peyvəndin tapılmasını sürətləndirmək üçün qüvvələrini birləşdirib.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, əczaçılıq sahəsində lider olan şirkətlər eksperimental peyvəndin "Sanofi"nin istehsal etdiyi qrip peyvəndi üzərində qurulacağını və peyvəndin təsirini artırmağa kömək edən GSK-nın istehsal etdiyi müvafiq gücləndirici elementin əlavə olunacağını bildiriblər.

GSK-nın baş direktoru Emma Walmsley deyib ki, iki şirkətin elmi təcrübəsi və texnologiyasını birləşdirməsi təsirli COVID-19 peyvəndi hazırlanmasını daha da sürətləndirəcək.

Peyvəndin bu ilin ikinci yarısında ilkin klinik sınaqlara başlanacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361
avatar

Oxşar yazılar