Dünyanı gözləyən NÖVBƏTİ TƏHLÜKƏ: milyonlarla insan ac qalacaq
16 may 2020 18:00 (UTC +04:00)

Dünyanı gözləyən NÖVBƏTİ TƏHLÜKƏ: milyonlarla insan ac qalacaq

Koronavirusla əlaqədar dünyanı böyük bir aclıq gözləyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, daha çox Afrikanın 55 ölkəsində böhranın dərinləşəcəyi ehtimal olunur.

Hazırda 135 milyonun qida çatışmazlığından əziyyət çəkdiyi bildirilir. İlin sonuna qədər buraya 130 milyon insanın da əlavə olunacağı deyilir.

Bu barədə xəbərlər Dünya Qida Təhlükəsizliyi Məlumat Mərkəzinin hazırladığı “Dünya üzrə Qida Böhranı Sənədi”ndə yer alıb. Sənəddə qeyd olunan əhalinin yarısı, təxminən 73 milyonu səhra şəraitində yaşayır. Həmin ölkələrdə təbii fəlakətlər, daxili müharibələr və xəstəliklərə görə böhran qaçılmaz hesab olunur.

Yayılan məlumatlara əsasən, hazırda təkcə Konqo Demokratik Respublikasında 15 milyon insanın aclıq və səfalət içində yaşayır.

Bundan əlavə, Orta Şərqdə də 43 milyon insanın eyni problemlə üzləşəcəyi gözlənilir. Yəmən böhranda 15.9 milyon əhalinin ac qalması ilə qida təhlükəsizliyinin ən ağır olduğu ölkə hesab olunur. Sonrakı yeri 11.3 milyon insanın həyatı təhlükədə olan Əfqanistandır.

Belə ki, yanvar-mart aylarında İran və Pakistandan bu ölkəyə 138 min qaçqın geri dönüb. Həmçinin Pakistan əhalisinin də yarısı Asiyada ən ağır qida çatışmazlığı ilə üz-üzə qaldığı qeyd olunur.

Dünya Qida Proqramının rəhbərliyi virusun iqtisadiyyata vurduğu ziyana görə, 300 min insanın aclıqdan öləcəyini proqnozlaşdırır. İran və Filippin də daxil olmaqla 16 ölkədə məlumat azlığına görə, sözügedən araşdırma aparılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7612
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35