Dünyada koronavirusdan ölənlərin sayı 150 mini ötdü
18 aprel 2020 07:12 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin sayı 150 mini ötdü

 

Dünyada koronavirusa yoluxanların sayı 2214861 nəfər, ölənlərin sayı isə 150948 nəfərdir.

APA euronews-a istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.

Qeyd olunub ki, İngiltərə 24 saat ərzində 847, Fransa 761, İtaliyada isə 575 nəfər dünyasını dəyişib.

Afrika qitəsində koronavirusun daha çox yayıldığı Əlcəzair, Misir, Mərakeş və Cənubi Afrika ölkələrində artıq 1000-dən çox insan ölüb.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, son bir həftə ərzində Afrikada ölüm halların sayı 60% artıb. Onun sözlərinə görə,  test dəstlərinin alınmasında yaşanan mövcud problem həqiqi ölüm saylarının daha yüksək olması ehtimalını ortaya qoyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934
avatar

Oxşar yazılar