Koronavirusdan müalicə olunaraq sağalan Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 27-də vəzifəsinin icrasına başlayacaq.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının rəsmi nümayəndəsi açıqlayıb.
Sky News-un məlumatına görə, Baş nazir cümə günü müşavirləri ilə görüşüb: Boris Consona ölkədə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri, eləcə də son vəziyyət barədə məruzə edilib.
Baş nazirin ev şəraitində müalicə olunduğu dövrdə onun vəzifəsini müvəqqəti icra edən Xarici işlər naziri Dominik Raabla gündəlik videoəlaqənin olduğu bildirilib.
Qeyd edək ki, koronavirusa yoluxan Boris Conson aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi. Hazırda səhhətində heç bir problemin olmadığı bildirilir.