Çernobıl AES yaxınlığında geniş ərazi yanır: Belarus kömək təklif etdi
14 aprel 2020 01:29 (UTC +04:00)

Çernobıl AES yaxınlığında geniş ərazi yanır: Belarus kömək təklif etdi

 

Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında yanğınlar müşahidə olunur. Alov ərazidəki ağacların yuxarı hissəsini əhatə edir. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İstisna Bölgəsinin İdarə Edilməsi üzrə Dövlət Agentliyi facebook hesabında məlumat yayıb.

Bildirilib ki, aprelin 4-dən geniş ərazini bürüyən alov getdikcə sürətlənir. Yanğın Rossoka, Starye Sokol və Pripyat çayının sol sahilindəki Krivaya Qora kəndlərini əhatə edir. 

Yanğının söndürülməsində 390 nəfərdən çox heyət üzvü, 90 texnika, o cümlədən aviasiya cəlb olunub. Daxili İşlər Nazirinin müavini Anton Geraşçenko yanğının nüvə tullantıları anbarlarına və Çernobıl Atom Elektrik Stansiyasına təhlükə yaratmadığını bildirib.

Hökumətin yanğının söndürülməsi ilə əlaqədar əlavə tədbirlər üçün ehtiyat fondundan 44,86 milyon qrivna (təxminən 1.7 milyon dollara yaxın) ayıracağı bildirilir. 

Dövlət Agentliyinin İctimai Şurasının nümayəndəsi Yaroslav Emelianenkonun sözlərinə görə,  Belarus Ukraynaya yanğını söndürmək üçün vertolyotlar təklif edib.

Yanğının baş verməsinə insan amili səbəb olduğu da məlumdur. Hüquq-mühafizə orqanları səlahiyyətlilər yanğın şübhəlilərini saxladılar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3070
avatar

Oxşar yazılar