Hollandiya hökuməti karantin qaydalarının yüngülləşdirilməsi baxımdan qeyri-adi qərar verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin Ətraf Mühitin və Əhalinin Sağlamlıq İnstitutu karantin rejiminin yumşaldılması istiqamətində cinsi həyatla bağlı açıqlama verib.
Belə ki, institut 2 aydır ki, evlərinə qapanan cütlüklərin nəzarət altından yenidən cinsi həyatlarına qayıda biləcəkləri barədə məlumat yayıb.
İnstitutun açıqlamasına əsasən, eyni evdə yaşayan cütlüklərdə hər hansı virus təhlükəsi yoxdursa, onların cinsi əlaqəyə girməsində problem yoxdur. Qurum uzun müddətdir eyni vəziyyətdə qalan cütlüklərə, “Hər ikiniz də istədiyiniz təqdirdə, yoldaşınızla əlaqədə ola bilərsiniz” xəbərdarlığı edib.
Qeyd edək ki, Hollandiyada virusdan qorunmaq üçün cütlüklərə cinsi əlaqədən uzaq olmaq tövsiyə edilmişdi.