Bu ölkə turist qəbul etməyəcək
26 aprel 2020 09:43 (UTC +04:00)

Bu ölkə turist qəbul etməyəcək

İtaliya bu ilin sonuna qədər turistlər üçün sərhədlərini açmaya bilər.

Lent.az-ın xəbərinə görə, bunu “La Repubblica” qəzetinə müsahibəsində  Mədəniyyət və turizm naziri Dario Françeskini bildirib.

Nazir deyib ki, sərhədlərin açılması epidemioloji vəziyyətdən və hər bir dövlətin siyasətindən asılıdır. D. Françeskini may ayında İtaliyada koronavirus təhlükəsi ilə əlaqədar bağlanmış muzeylərin və  məşhur məkanların açılacağını söyləyib. Nazir bu məkanlar sırasında sırada Kolizey və Pompey antik şəhərinin adlarını çəkib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781
avatar

Oxşar yazılar