Bu dövlət ABŞ-ın ştatı ola bilər: referendum tarixi açıqlandı
17 may 2020 17:20 (UTC +04:00)

Bu dövlət ABŞ-ın ştatı ola bilər: referendum tarixi açıqlandı

Puerto-Riko adanın statusu ilə bağlı referendum keçirilməsini planlaşdırır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-a bağlı bir dövlətin vətəndaşları bu suala cavab verəcəklər: “Puerto-Riko dərhal Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?”

Referendumun 2020-ci il noyabrın 3-də keçirilməsi qərara alınıb.

Puerto-Riko hakimiyyəti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

Yerli hakimiyyətin bu istəyi iqtisadi problemlərlə bağlıdır. Puerti-Rikonun xarici borcu 80 milyard dollardan çoxdur, yoxsulluq həddi isə 45 faiz səviyyəsindədir.

Qeyd etmək lazımdır ki, əgər puertorikalılar ABŞ-ın tərkibinə daxil olmağa razılaşsalar belə, ölkənin 51-ci ştat olmaq ehtimalı azdır.

Fakt budur ki, referendumun nəticələrinin ABŞ-da icrası məcburi deyil.

Yeni ştatın ölkənin tərkibinə daxil olması ilə bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır.

Bundan əlavə, puertorikalılar əvvəllər ABŞ vətəndaşları olmaq üçün çıxış ediblər. 2017-ci ildə keçirilən referendumun nəticələrinə görə, bu qərarın lehinə ada ölkəsi əhalisinin 97 faizi səs verib. Ancaq bu Puerto-Rikonun statusuna heç bir təsir göstərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5206
avatar

Oxşar yazılar