Böyük Britaniyada son sutka ərzində 1522 koronavirusa yoluxma halı qeydə alınıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, iyunun 12-dən bəri müşahidə edilən rekord sayda artımdır.
Qeyd edək ki, son bir gündə ölüm sayı 12 nəfər olub.
Ümumilikdə isə ölkə üzrə 330 368 yoluxma, 41477 ölüm hadisəsi baş verib.