Berlin polisi şənbə günü Almaniyanın paytaxtında koronavirusa qarşı məhdudiyyətlərə etiraz olaraq keçirilən icazəsiz yürüşü dağıdıb.
APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin “Twitter” hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, yürüş iştirakçıları karantin rejiminin qaydaların kobud şəkildə pozub: "Təəssüf ki, başqa seçimimiz yoxdur. İnsanların təhlükəsizlik şərtlərinə əməl etmədiklərinə görə bu addımı atmaq məcburiyyətində qaldıq”.
TASS-ın məlumatına görə, polisin müdaxiləsi zamanı 300-dən çox etirazçı saxlanılıb. Ümumilikdə aksiyaya 38 min nəfərin qatıldığı bildirilib. Asayişin bərpasına 3 mindən çox polis əməkdaşı cəlb edilib.
Qeyd edək ki, analoji etirazlar aksiyaları Avropanın bir çox paytaxt şəhərlərində - Parisdə, Londonda və s. keçirilib.