Avropa ilə bağlı qorxunc PANDEMİYA PROQNOZU
16 aprel 2020 14:15 (UTC +04:00)

Avropa ilə bağlı qorxunc PANDEMİYA PROQNOZU


Karantin (yeni növ koronavirusun yayılması ilə bağlı - red.) tədbirləri nəticəsində baş verəcək Avropa iqtisadiyyatındakı tənəzzül Avropa İttifaqı tarixində ən ağır olacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu cümə axşamı Avropa Parlamentinin onlayn sessiyasında çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib.

"Avropa bir çox böhranlardan keçib, lakin pandemiyadan sonra olacaq belə iqtisadi tənəzzül ilə heç vaxt üzləşməmişdir. Hər kəsin köməyə ehtiyacı var və bunda heç kəsin günahı yoxdur. Mövcud böhran sosial həyatın dayanmasından əziyyət çəkən tamamilə sağlam şirkətlərə təsir göstərir", - U. von der Leyen dedi.

O, Avropa Parlamentini, Avropa Birliyi qurumlarının iqtisadiyyatı dəstəkləmək üçün qəbul etdiyi bütün qərarlarını dəstəkləməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2375
avatar

Oxşar yazılar