ABŞ-da koronavirusa görə silah satışı kəskin artıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, satışlar ən çox Nyu-Cersi və Virciniya ştatlarında qeydə alınıb. Nyu-Cersi ştatında silah mağazasında satıcı işləyən Uayn Vide, son 2-3 gündür alıcı növbəsi yarandığını deyib:
“Satışların birdən-birə bu qədər artması normal deyil. İnsanlar bəzi xidmətlərin və məhsulların əlçatan olmayacağını düşünürlər. Buna görə də, evlərini necə qoruyacaqlarından qorxurlar. Bunun üçündə silah almağa gəlirlər. Ən çox satılan silahlar da evlərin qorunması üçün olanlardır”.
Online silah satışı ilə məşğul olan Ammo.com saytının son 11 gündə satışları 68 faiz artıb.