ABŞ-da ictimai məsafəyə görə terror aktına hazırlaşan şəxs öldürüldü
26 mart 2020 06:20 (UTC +04:00)

ABŞ-da ictimai məsafəyə görə terror aktına hazırlaşan şəxs öldürüldü

 

ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar hökumət tərəfindən tətbiq olunan təcridetmə tədbirləri ilə razılaşmayaraq terror hücumu həyata keçirməyi düşünən şəxs öldürülüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Fox-4” telekanalı məlumat yayıb.

Məlumata görə, Federal Təhqiqat Bürosunun (FTB) agenti həmin 36 yaşlı Belton şəhər sakini olan kişini saxlaya bilmədiyi üçün onu ölümcül yaralayıb. Bildirilir ki, “ictimai məsafə saxlamaqla bağlı rəsmilərin tələbindən narazı olan” həmin şəxs yerli xəstəxanaların birində partlayış törətmək istəyirmiş. Bunun üçün o, kustar üsulla partlayıcı qurğu hazırlayırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar