93 ukraynalı əsir edam olunub
05 oktyabr 2024 09:25 (UTC +04:00)

93 ukraynalı əsir edam olunub

Rusiya hərbçiləri 93 ukraynalı hərbi əsiri edam ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Ukrayna Baş Prokurorluğunun Silahlı Münaqişələrdə Cinayətlərə Qarşı Mübarizə İdarəsinin rəisi Yuri Belousov yerli telekanallara açıqlamasında deyib.

Baş Prokurorluq nümayəndəsinin sözlərinə görə, belə edam hallarının təxminən 80 faizi 2024-cü ildə qeydə alınıb.

Qeyd olunub ki, oktyabrın 3-də ukraynalı məhbusun edam edilməsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bununla bağlı cinayət işi açılıb, hazırda məlumat yoxlanılır.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin 16 əsgərinə ruslar tərəfindən Pokrovski istiqamətində atəş açılması faktını araşdırır. Xüsusilə qeyd olunur ki, rusiyalı hərbçilər arasında edamı həyata keçirmək üçün qrup yaradılıb:

“Biz bu bölmələrin sayını bilirik. Əvvəllər döyüşçülərin məlumatlarını müəyyən etmişik, lakin onların adlarında səhv olmasın deyə, bu məlumatları yoxlayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Oxşar yazılar