Rusiyanın Pskov şəhərində 9 uşağı zorlayan şəxs 22 il azadlıqdan məhrum edilib.
Lent.az xəbər verir ki, bu barədə region üzrə İstintaq Komitəsi məlumat yayıb.
İstintaq müəyyən edib ki, kişi 2017-ci ildən 2020-ci ilə qədər uşaqların analarının etibarından sui istifadə edib.
Bundan sonra o uşaqıarın təhsilində kömək etmək bəhanəsi ilə o, azyaşlı qurbanlarla tək qala biləcəyi vəziyyətlər yaradıb.
Ekspertizanın nəticələri göstərib ki, həmin şəxs pedofiliyadan əziyyət çəkir.