Latviyanın paytaxtı Riqada 9 May Qələbə Parkında sökülən abidənin yerinə gül qoyan beş nəfər saxlanılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, daha bir nəfər orden barmaqlığı taxdığı üçün tutulub.
Bundan başqa, doqquz inzibati xəta və bir cinayət işi başlanıb.
Xatırladaq ki, ötən ilin avqustunda Riqanın Qələbə parkında 9 May münasibətilə ucaldılmış abidənin sonuncu elementi olan 79 metrlik obelisk sökülüb. Abidə 1985-ci ildə Latviyanın paytaxtı uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsinə ucaldılıb.