9-cu sinfi bitirən 20 ilin cərrahı  tutuldu
25 sentyabr 2024 17:49 (UTC +04:00)

9-cu sinfi bitirən 20 ilin cərrahı tutuldu

Tailandda tibbi təhsili olmadan penis böyütmə əməliyyatı etməkdə təqsirli bilinən 36 yaşlı kişi 20 illik qeyri-qanuni fəaliyyətdən sonra həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Samut Saxon sakini Kittikorn Sonqri tibblə bağlı təhsilə malik olmadan belə prosedurlar həyata keçirib. Belə ki, o, yalnız 9-cu sinfi bitirib.

Məlumata görə, Sonqri keçən həftə silikon vurduğu müştərisi ciddi infeksiyaya yoluxandan sonra saxlanılıb.

Dindirmə zamanı o, sosial şəbəkələrdə xidmətlərini paylaşdığını və ayda ən azı iki-üç xəstəni əməliyyat etdiyini etiraf edib. Onun sözlərinə görə, implant düzəltməyi 14 yaşında öyrənib və o vaxtdan bu işlə məşğul olub.

Polis Səhiyyə Departamentinin nümayəndələri ilə birlikdə gizli agentin iştirakı ilə əməliyyat təşkil edib. Sonqri potensial müştərisini öz qəsəbəsindəki prosedura dəvət edəndə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıblar. Dindirmə zamanı o, müstəntiqlərə prosedur üçün 5.000 baht (təxminən 150 ABŞ dolları) ilə 20.000 baht (600 ABŞ dolları) arasında pul tələb etdiyini deyib.

Sonqri indi məhkəmədə uğursuz əməliyyatdan sonra erektil disfunksiya da daxil olmaqla ciddi fəsadlarla üzləşmiş müştərisi ilə üzləşir. Təəccüblüdür ki, bu “həkim” 20 il ərzində öz fəaliyyətini davam etdirib və onun fəaliyyəti yalnız son hadisədən sonra məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2943
avatar

Oxşar yazılar