Hindistanda bir kişi 12 peyvənd vurdurub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qohumlarının şəxsiyyət vəsiqəsi və telefon nömrəsi ilə qeydiyyatdan keçən 84 yaşlı Brahmadeo Mandal 11 dəfə özünə peyvənd vurdurub.
O, 12-ci peyvəndini vurduranda dövləti aldatdığı ortaya çıxıb və tutulub. Bunu etməyinə səbəb kimi isə peyvəndin ona yaxşı təsir göstərməsi, bel ağrılarını sağaltması olduğunu qeyd edib.