80 yaşlı rahibə məktəbin 800 000 dollarını qumarda uduzdu
10 fevral 2022 03:46 (UTC +04:00)

80 yaşlı rahibə məktəbin 800 000 dollarını qumarda uduzdu

ABŞ-ın Kaliforniya ştatında katolik məktəbində baş verən qalmaqal dini dairələrdə ciddi narahatlıq doğurub.

Lent.az-ın xəbərinə görə, ştatdakı katolik məktəbinin başçısı Mariya Marqarit Kreperin illər boyu məktəbin vəsaitini şəxsi ehtiyaclarına sərf etdiyi məlum olub. Bir neçə ay əvvəl keçirilmiş audit zamanı 80 yaşlı rahibənin təxminən 800 000 dollar vəsaiti kazinoda xərclədiyi üzə çıxıb. Maraqlıdır ki, qadın iz itirmək üçün digər rahibələrə sənədləri məhv etməyi tapşırıb.
Məhkəmənin qərarı ilə qadın 1 il azadlıqdan məhrum edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar